"Sabah" futbol klubu bu axşam UEFA Çempionlar Liqasının Liqa mərhələsində növbəti oyununa çıxacaq.
"AzPolitika" xəbər verir ki, təmsilçimiz IV tur çərçivəsində Norveçin "Vikinq" klubunun qonağı olacaq.
Norveçdəki "Lyse Arena"da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
IV tur
5 noyabr
Saat 00:00. "Vikinq" - "Sabah".
Qeyd edək ki, təmsilçimiz UEFA Çempionlar Liqasının Liqa mərhələsində üç turdan sonra üç xalla turnir cədvəlinin 25-ci pilləsində qərarlaşıb.



