Oktyabrın 23-nə keçən gecə Ukrayna tərəfindən Rusiyanın bir sıra strateji obyektlərinə, o cümlədən Federal Vergi Xidmətinin (FNS) əsas məlumat mərkəzinə və iri sənaye müəssisələrinə qarşı irimiqyaslı PUA hücumları həyata keçirilib.
Ukrayna monitorinq layihəsi olan "Exilenova+" və "ASTRA" teleqram kanalının məlumatına görə, oktyabrın 23-nə keçən gecə Nijni Novqorod vilayətinin Qorodets şəhərində yerləşən Rusiya Federal Vergi Xidmətinin məlumat emalı mərkəzinə hücum təşkil olunub.
Bu mərkəz Rusiyanın geosahələnmiş rejimdə işləyən iki əsas FNS məlumat mərkəzindən biridir. Burada dövlət reyestrlərinin məlumatları, o cümlədən vergi bazaları saxlanılır və emal edilir. Analitiklər qeyd edirlər ki, bu obyektə edilən hücum Rusiyanın dövlət informasiya sistemlərinin işində ciddi fasilələrə səbəb ola bilər.
Qorodets dairəsinin başçısı Aleksandr Mudrov şəhərə zərbə endirildiyini təsdiqləyib. Rusiya hakimiyyətinin məlumatına görə, infrastruktur obyekti zədələnib, 3 nəfər xəsarət alıb.
Həmin gecə Perm diyarının Berezniki şəhərində "Uralxim" şirkətinə məxsus "Azot" filialı da hücuma məruz qalıb.Bu, təxminən 90 istehsal korpusunu əhatə edən nəhəng kimya istehsalı kompleksidir. "Azot"un əsas məhsullarından biri olan ammonium nitrat həm də partlayıcı maddələrin istehsalı üçün mühüm tərkib hissəsidir.
Eyni rayonda - Solikamskda isə mərmi və ya PUA qalıqlarının yaşayış evinə düşdüyü bildirilir.
Rusiya tərəfindən işğal olunmuş Luqansk şəhərində rabitə qülləsi hədəfə alınıb, nəticədə şəhərin bir hissəsində rabitə kəsilib. Qubernator Aleksandr Xinşteynin məlumatına görə, Rılsk rayonunun Kuybşev adına qəsəbəsində və Jeleznogorsk rayonunun Kopenki kəndindəukraynalıların hücumları nəticəsində iki nəfər (49 yaşlı qadın və 51 yaşlı kişi) yaralanıb. Rılskda yük maşını, Kursk yaxınlığında isə 6 avtomobil, fərdi ev, iki qaraj və anbar binası zədələnib.
Rusiya Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumata görə, oktyabrın 22-dən 23-nə keçən gecə ölkə üzrə hava hücumundan müdafiə sistemləri ümumilikdə 443 Ukrayna dronunu "ələ keçirib və məhv edib".
“AzPolitika.info”



