Aktual · Modern.az

Azərbaycanla Hindistan arasında birbaşa uçuşların sayı artırılacaq

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycanla Hindistan arasında birbaşa uçuşların sayı artırılacaq
Azərbaycanla Hindistan arasında birbaşa uçuşların sayı artırılacaq

Azərbaycan və Hindistan arasında birbaşa aviareyslərin sayının artırılması planlaşdırılır.

Modern.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda hindistanlı həmkarı Subrahmanyam Cayşankarla birgə mətbuat konfransında bildirib.

Nazirin sözlərinə görə, 2026-cı ilin ilk doqquz ayında iki ölkə arasında ticarət dövriyyəsi 600 milyon ABŞ dollarına çatıb. Azərbaycanda Hindistan kapitallı 1000-dən çox şirkət fəaliyyət göstərir.

Ceyhun Bayramov qeyd edib ki, bu ildən Hindistandan 500 tələbə Azərbaycanda təhsil alacaq.

Nazir həmçinin son illərdə Azərbaycanda 30-dan çox Hindistan filminin çəkildiyini bildirib.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑