Aktual · AzPolitika

Rusiyada yeni qadağa - Ancaq bu ölkələrdən abituriyent qəbul edəcəklər

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rusiyada yeni qadağa - Ancaq bu ölkələrdən abituriyent qəbul edəcəklər xəbəri üçün şəkil

“Rossotrudniçestvo” Rusiyada təhsil almaq istəyən əcnəbi abituriyentlər üçün seçim prosesini sərtləşdirəcək. 

“AzPolitika” xəbər verir ki, sözügedən dövlət qurumunun mətbuat xidmətindən "Vedomosti"yə verilən açıqlamada belə deyilir.

Məlumata görə, 2027-ci ildən etibarən hökumət kvotası çərçivəsində Rusiyada əcnəbilərə təhsil almaq imkanı verilərkən, həmin xarici ölkənin Rusiya ilə siyasi münasibətləri nəzərə alınacaq. Yəni, Rusiya ilə siyasi münasibətləri yaxşı olmayan ölkələrdən hökumət kvotası ilə abituriyent qəbul olunmayacaq. Bu, Rusiya ilə problemli siyasi münasibətləri olan bəzi keçmiş SSRİ respublikalarına da aid edilə bilər.

Həmçinin, qəbul zamanı tərəfdaş ölkələrin müəyyən sahələr üzrə mütəxəssislərə olan faktiki ehtiyacları qiymətləndiriləcək.

Bundan əlavə, xarici abituriyentlər üçün hazırlıq proqramları yaradılacaq, ixtisas seçimi ilə bağlı məsləhətləşmələr aparılacaq. "Rossotrudniçestvo"nun məlumatına görə, 2025-ci ildə kvota çərçivəsində Rusiyada təhsil almaq üçün xarici vətəndaşlardan 80 mindən çox müraciət daxil olub və bu il bu rəqəm 110 minə çatıb. Agentlik tələbatın davamlı artacağını proqnozlaşdırır.

Ənənəvi olaraq, MDB ölkələri, eləcə də Asiya, Afrika, Latın Amerikası və Yaxın Şərq ölkələri Rusiya təhsilinə maraq göstəriblər.

Qeyd edək ki, Rusiyada xarici tələbələr də qanunla miqrant işçilərlə eyni tələblərə tabedirlər və ölkədə onlar üçün giriş və yaşayış şəraiti o qədər də məqbul deyil.

“AzPolitika.info”

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑