Aktual · AzPolitika

Avropa İttifaqından rekord sanksiya paketi - 800-dən çox təşkilat və yüzlərlə şəxs “qara siyahı”ya salınır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Avropa İttifaqından rekord sanksiya paketi - 800-dən çox təşkilat və yüzlərlə şəxs “qara siyahı”ya salınır xəbəri üçün şəkil

Avropa İttifaqının səfirləri birdəfəyə 826 təşkilat və 743 fiziki şəxsi əhatə edən yeni rekord sanksiya siyahısını razılaşdırıblar. Məhdudiyyətlər əsasən Rusiyanın hərbi-sənaye kompleksinə xidmət edən müəssisələri hədəf alır.

Avropa İttifaqı Rusiyaya qarşı indiyə qədər qeydə alınan ən miqyaslı birtəhərəkətli sanksiya paketini razılaşdırıb. "Sistema"nın əldə etdiyi sənədlərə görə, yeni qara siyahıya dərhal 826 təşkilat və 743 fiziki şəxs daxil edilib.

Sanksiya tətbiq olunan fiziki şəxslər məhz həmin müəssisələrin rəhbərləri və əməkdaşlarıdır. Bəzi müəssisələrə qarşı isə məhdudiyyətlər ilk dəfə deyil, əvvəlki sanksiyaların miqyası genişləndirilməklə tətbiq olunur.

Yeni sanksiya paketinə Rusiyanın hərbi maşınına işləyən strateji sənaye obyektləri daxildir:

Gəmiqayırma və raket istehsalı hədəfə alınıb. Belə ki, "Zvözdotçka" gəmi təmiri zavodu, "Admiralteyskiye verfi", PUA və raket istehsalçıları (məsələn, "KT – Bespilotnıye sistemy"), eləcə də "Roskosmos"a daxil olan Birləşmiş Raket-Kosmik Korporasiyası “qara siyahı”ya salınıbş

Maraqlıdır ki, siyahıya həmçinin yüngül sənaye müəssisələrindən Kirov Süni Dəri Kombinatı və Kurqan Tikiş Fabriki kimi yüngül sənaye müəssisələri də salınıb. İlkin müzakirə olunan siyahıdan yalnız bir təşkilat – Solikamsk Maqnezium Zavodu və onun direktoru Ruslan Dimuxamedov son anda siyahıdan çıxarılıb.

"Sistema"nın apardığı təhlilə görə, sanksiyaya məruz qalan bütün təşkilatlar Rusiya Sənaye və Ticarət Nazirliyinin (Minpromtorg) qapalı müdafiə müəssisələri reyestrinə daxildir. Həmin siyahı 2025-ci ildə "Dosye" tədqiqat mərkəzi tərəfindən ictimaiyyətə sızdırılmışdı. Lakin Aİ-nin sanksiya siyahısı Minpromtorqun ümumilikdə 6 mindən çox təşkilatı əhatə edən böyük reyestrinin yalnız kiçik bir hissəsini əhatə edir.

Sənədlərdəki qeydlərə əsasən, Aİ-nin bu müəssisələri seçərkən əsas götürdüyü meyarlardan biri onların dövlət subsidiyaları almaq hüququ ilə bağlıdır. Belə ki, 2026-cı ilin aprel ayına olan sənədlərə görə, işçilərin mənzil xərclərini kompensasiya etmək üçün dövlət subsidiyaları bütün VPK reyestrinə deyil, yalnız xüsusi əmək şəraiti tətbiq etmək hüququ olan müəssisələrə şamil edilir. Aİ məhz bu kateqoriyaya daxil olanları hədəf seçib.

Brüsseldəki mənbələrin məlumatına görə, yeni sanksiya siyahısının qəbul olunduğu gələn həftə Aİ-nin xarici işlər nazirlərinin görüşündə rəsmən elan edilməlidir.

Rasim Əliyev

“AzPolitika.info”

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑