Siyasət · AzPolitika

Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib xəbəri üçün şəkil

Ankarada 29-30 oktyabr 2026-cı il tarixlərində keçiriləcək 13-cü Türk Dövlətləri Təşkilatı (TDT) Zirvə Görüşü çərçivəsində bu gün TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib.

"AzPolitika" "Report"a istinadla xəbər verir ki, bu ölkənin xarici işlər naziri Hakan Fidan TDT Xarici İşlər Nazirləri Şurasının iclasına ev sahibliyi edib.

Xarici İşlər Nazirləri Şurasının iclasından sonra ailə fotosu çəkilib.

Qeyd edək ki, TDT "Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası" kimi qurulan Türk Dövlətləri Təşkilatı 3 oktyabr 2009-cu ildə Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan arasında imzalanmış Naxçıvan Sazişi ilə təsis edilib. Adı 2021-ci ildə İstanbul Zirvə Görüşündə Türk Dövlətləri Təşkilatı olaraq dəyişdirilib.

Təşkilatın əsas məqsədləri Türk dövlətləri arasında qarşılıqlı etimadı, siyasi həmrəyliyi gücləndirmək, iqtisadi və texniki əməkdaşlığı inkişaf etdirmək və dərinləşdirmək, Türk dünyasının tarixi və mədəni irsini sənədləşdirmək və təbliğ etməkdir. Katibliyi İstanbulda yerləşən TDT-nin beş üzv dövləti (Türkiyə, Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan) və dörd müşahidəçisi (Macarıstan, Türkmənistan, Şimali Kipr və İqtisadi Əməkdaşlıq Təşkilatı) var.

2025-ci ilin oktyabr ayından bəri Azərbaycan TDT-nin dönəm sədridir. Təşkilatın qaydalarına görə, sədrlik bu dəfə Dövlət Başçıları Zirvəsindən sonra Azərbaycandan Türkiyəyə ötürüləcək.

Zirvə görüşü Prezident Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə "Türk Dünyasının Əsri" vizyonundan və İsmayıl bəy Qaspıralının "Türk Əsri: Dildə, Düşüncədə və Fəaliyyətdə Birlik" mövzusuna həsr olunacaq.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑