Mədəniyyət · AZƏRTAC

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir xəbəri üçün şəkil

Bakı, 16 oktyabr,

Azərbaycan bəstəkarlıq məktəbində özünəməxsus dəst-xətti ilə seçilən Ramiz Mustafayevin 100 illik yubileyində, məhz onun doğum günündə bəstəkarın “Vaqif” operasının nümayiş etdirilməsi xüsusi əhəmiyyət daşıyır.

Bunu AZƏRTAC-a açıqlamasında Əməkdar artist Ramil Qasımov deyib.

O bildirib ki, Ramiz Mustafayevin sağlığında onun özü ilə “Vaqif” operası üzərində işləmək sənət fəaliyyəti baxımından yaddaqalan təcrübə olub: “Qürur duyuram ki, vaxtilə bu operanı bəstəkarın özü ilə öyrənmişəm. Bu gün səhnədə Molla Pənah Vaqif obrazını canlandırmaq mənim üçün böyük şərəfdir. Bu opera Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir. Həmçinin milli ədəbiyyatımızın və musiqi mədəniyyətimizin qovuşduğu dəyərli sənət əsəridir. Belə bir tamaşada iştirak etmək, bəstəkarın irsini yaşatmaq və onu yeni nəsillərə çatdırmaq məsuliyyətli və qürurverici missiyadır”.

Müxbir - Gülay Nəzərova Fotomüxbir - Tofiq Babayev
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑