İqtisadiyyat · AZƏRTAC

Media: Türkiyədə ikinci Atom Elektrik Stansiyasının tikintisi 30 milyard dollara başa gələcək

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Media: Türkiyədə ikinci Atom Elektrik Stansiyasının tikintisi 30 milyard dollara başa gələcək xəbəri üçün şəkil

Ankara, 3 noyabr,

Türkiyənin ikinci Atom Elektrik Stansiyasının (AES) Qara dəniz sahilində yerləşən Sinop vilayətinin İncəburun rayonunda tikilməsi planlaşdırılır. AZƏRTAC bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Seula səfərini işıqlandıran yerli mediaya istinadla xəbər verir.

Türkiyə Prezidenti bu gün Sinopda inşa ediləcək AES layihəsi çərçivəsində Koreya Respublikasını potensial tərəfdaş adlandırıb.

Yeni atom elektrik stansiyasının tikintisinə 30 milyard dollar vəsait ayrılması nəzərdə tutulur. Ölkənin şimalında inşa ediləcək stansiyada ümumi gücü təxminən 4,5 min meqavat olan dörd reaktorun Türkiyənin ümumi elektrik enerjisi istehlakının 10 faizini təmin edəcəyi gözlənilir. AES-in istismar müddəti 60 il nəzərdə tutulur. Bu müddət daha 20 il uzadıla bilər.

AES-in tikintisi üçün ərazinin seçilməsi zamanı Türkiyənin Qara dəniz sahilindəki ərazilərin seysmik dayanıqlılığı da nəzərə alınıb.

Türkiyəli ekspertlər Sinop AES-in Koreyanın “KEPCO” dövlət şirkəti tərəfindən tikilə biləcəyini istisna etmirlər. Şirkət artıq layihənin texniki-iqtisadi əsaslandırmasını hazırlayır.

Qeyd edək ki, Türkiyənin ilk atom elektrik stansiyası Rusiyanın “Rosatom” dövlət korporasiyası tərəfindən inşa edilir. Daha əvvəl şirkətdən bildirilib ki, AES-in birinci enerji blokunda fiziki işəsalma mərhələsinə gələn ilədək başlanması gözlənilir.

Türkiyədə üçüncü AES-in Trakya bölgəsində tikilməsi nəzərdə tutulur.

Ramin Abdullayev AZƏRTAC-ın xüsusi müxbiri Ankara
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑