Siyasət · AZƏRTAC

Fransada jurnalist deputatla canlı efirdə mübahisəyə görə birhəftəlik efirdən uzaqlaşdırılıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Fransada jurnalist deputatla canlı efirdə mübahisəyə görə birhəftəlik efirdən uzaqlaşdırılıb xəbəri üçün şəkil

Paris, 20 oktyabr,

Fransalı jurnalist və siyasi şərhçi İzabel Saporta oktyabrın 19-da LCI telekanalının canlı efirində İntibah (Renaissance) partiyasının deputatı Priska Tevenotla yaşadığı gərgin mübahisədən sonra birhəftəlik efirdən uzaqlaşdırılıb.

AZƏRTAC xəbər verir ki, telekanalın rəhbərliyi bu qərarı oktyabrın 20-də təsdiqləyib.

“Brunet sans filtre” verilişində oktyabrın 17-də keçirilən aksiyalar zamanı baş verən zorakılıqlar müzakirə olunarkən Saporta Fransa hakimiyyətini sərt tənqid edib. O, hakimiyyətin son on ildə ölkəni diz çökdürdüyünü bildirərək deputata belə müraciət edib: “Siz necə hələ də danışmağa cəsarət edirsiniz? Mən sizin yerinizdə olsaydım, utancımdan yerə girərdim”.

“Le Parisien” qəzetinin məlumatına görə, Priska Tevenot jurnalistdən kulis arxasında üzr istəməsini tələb edib, lakin Saporta bundan imtina edib. Bundan sonra LCI telekanalının rəhbərliyi jurnalistin həftənin sonunadək efirdən uzaqlaşdırılması barədə qərar qəbul edib və məsələ ilə bağlı telekanalın etika komitəsinə müraciət edib. Bununla belə, Saporta TF1 kanalının “Bonjour!” səhər proqramında gündəlik şərhlərini davam etdirəcək.

Qərar siyasi və media dairələrində müxtəlif reaksiyalara səbəb olub. Milli Birlik (RN) partiyasının deputatı Jan-Filipp Tanqi qərarı “qalmaqallı” adlandırıb. Kommunist siyasətçi İan Brossa isə mübahisənin yayımlanmasına çağırıb.

Beynəlxalq və Strateji Münasibətlər İnstitutunun (IRIS) direktoru Paskal Bonifas da jurnalistin efirdən uzaqlaşdırılmasını tənqid edib. O, TF1-in informasiya xidmətinin rəhbəri Tiyeri Tülyeyə müraciət edərək medianın etibarlılığını şübhə altına alıb.

Fransa hökuməti hələlik məsələ ilə bağlı açıqlama verməyib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑