Siyasət · Ayna.az

Ukrayna Prezidenti: "Təəssüf ki, Putinin tədricən təcriddən çıxması prosesi başlayıb”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ukrayna Prezidenti: "Təəssüf ki, Putinin tədricən təcriddən çıxması prosesi başlayıb” xəbəri üçün şəkil

“Ukrayna müharibəsi müzakirə olunarsa, bizimlə məsləhətləşiləcəyinə əminəm”

"Təəssüf ki, Putinin tədricən təcriddən çıxması prosesi artıq başlayıb. Və bu, ilk addımdan çox uzaqdır. Söhbət təkcə görüşün bizim iştirakımızla və ya iştirakımız olmadan baş tutacağından getmir".

AYNA.AZ xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski “Corriere della Sera”ya verdiyi müsahibədə Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Cinpinin Ukraynanın qatılmayacağı qarşıdan gələn görüşlə bağlı danışarkən deyib.

Ukrayna lideri əlavə edib ki, görüşdə dəqiq nəyi müzakirə etməyi planlaşdırdıqlarını bilmir: “Lakin Ukrayna müharibəsi müzakirə olunarsa, bizimlə məsləhətləşiləcəyinə əminəm”.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑