İqtisadiyyat · AZƏRTAC

Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq xəbəri üçün şəkil

Bakı, 8 oktyabr,

Estoniya Müdafiə İnvestisiyaları Mərkəzi 195 milyon avro məbləğində silah, sursat və onların komponentlərinin satın alınması ilə bağlı tender elan edib. Tender çərçivəsində, həmçinin təlim və hazırlıq proqramlarının həyata keçirilməsi nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, tenderin şərtlərinə əsasən, Müdafiə İnvestisiyaları Mərkəzi 40 və 23 millimetrlik silahların, həmçinin 76, 40 və 23 millimetrlik sursatların tədarükü üzrə çərçivə müqaviləsi bağlamaq niyyətindədir. Bundan əlavə, müxtəlif komplektləşdirici hissələr alınacaq, istismar müddəti ərzində təlim və texniki xidmət göstərilməsi də sifariş olunacaq.

Məhsullar Avropa İttifaqı və ya NATO ölkələrində istehsal edilməlidir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑