Bakı, 8 oktyabr,
Ötən il beynəlxalq məlumat mübadiləsi çərçivəsində Maliyyə Monitorinq Xidmətinə (MMX) 20 ölkənin xarici maliyyə kəşfiyyatı orqanından 32 sorğu, 12 ölkədən spontan qaydada 23 məlumat daxil olub, MMX tərəfindən isə 30 ölkəyə 61 sorğu, 4 ölkəyə spontan qaydada 4 məlumat göndərilib.
AZƏRTAC MMX-yə istinadla xəbər verir ki, göndərilən məlumatların 30 vahidi (46,2 faizi) hüquq-mühafizə orqanlarından daxil olmuş məlumatlar əsasında təqdim edilib, ümumi göndərilən məlumatların 20 faizi Türkiyə, 14 faizi Gürcüstan, 4 faizi Qazaxıstanın, daxil olan məlumatların isə 25 faizi Rusiya, 7 faizi Argentina, 7 faizi Birləşmiş Ərəb Əmirliklərinin payına düşüb.



