İqtisadiyyat · AZƏRTAC

Dünya Bankı ilə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Dünya Bankı ilə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib xəbəri üçün şəkil

Bakı, 8 oktyabr,

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov Dünya Bankı Qrupunun Azərbaycan üzrə ölkə meneceri Saşa Bakes ilə görüşüb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” çərçivəsində müəyyən edilmiş prioritet istiqamətlər üzrə əməkdaşlıq imkanları müzakirə olunub.

Tərəflər, həmçinin rəqəmsal transformasiya, süni intellekt əsaslı infrastrukturun inkişafı, məlumat mərkəzləri və “Hökumət buludu”, kibertəhlükəsizlik üzrə mütəxəssislərin, eləcə də rəqəmsal bacarıqlara malik kadrların hazırlanması sahələrində Dünya Bankının mümkün dəstəyi barədə fikir mübadiləsi aparıblar.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑