İqtisadiyyat · AZƏRTAC

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir xəbəri üçün şəkil

Bakı, 9 oktyabr,

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov Yaponiyanın Daxili İşlər və Rabitə Nazirliyinin beynəlxalq məsələlər üzrə nazir müavini Hideo Fuseda ilə görüş keçirib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan və Yaponiya arasında rəqəmsal inkişaf və informasiya-kommunikasiya texnologiyaları sahələrində əməkdaşlığın genişləndirilməsi, süni intellekt, rəqəmsal transformasiya və innovasiya istiqamətlərində təcrübə mübadiləsi, eləcə də birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.

Tərəflər İKT və poçt xidmətləri sahəsində əməkdaşlığa dair Fəaliyyət Planının yekunlaşdırılması, Hiroşima Süni İntellekt Prosesində iştirak və fəlakətlərin qarşısının alınmasında İKT-nin tətbiqi məsələləri barədə fikir mübadiləsi aparıblar.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑