İdman · AZƏRTAC

Azərbaycan Kubokunda 1/8 finalın növbəti iştirakçıları bəlli olub

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycan Kubokunda 1/8 finalın növbəti iştirakçıları bəlli olub xəbəri üçün şəkil

Bakı, 28 oktyabr,

Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinin növbəti oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, “İmişli” “Qaradağ Lökbatan”ı 3:1, “Şahdağ Qusar” MOİK-i 9:1, “Şamaxı” “Haypers”i 5:1 hesabı ilə məğlub edib.

Bununla da “Şahdağ Qusar” “Qəbələ”yə, “İmişli” “Sabah”a rəqib olub. “Şamaxı” isə “Xankəndi” – “Gəncəbasar” cütünün qalibi ilə qarşılaşacaq.

Bu gün, həmçinin “Şəfa” “SOCAR Polymer Arena”da “Ağstafa Gəncləri”ni saat 16:00-da qəbul edəcək. Günün sonuncu qarşılaşması isə saat 19:00-da Gəncə şəhər stadionunda “Kəpəz” və “Baku Sportinq” komandaları arasında olacaq.

Daha əvvəl “Sumqayıt”, “Qəbələ”, “Araz-Naxçıvan”, “Marafon” və “Zirə” 1/8 finala vəsiqə qazanıblar. Bu raunda oktyabrın 29-da yekun vurulacaq.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑