İdman · AZƏRTAC

Azərbaycan güləşçisi Nihat Məmmədli dünya çempionatında gümüş medal qazanıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycan güləşçisi Nihat Məmmədli dünya çempionatında gümüş medal qazanıb xəbəri üçün şəkil

Astana, 27 oktyabr,

Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında gümüş medal qazanıb.

AZƏRTAC-ın müxbiri xəbər verir ki, 63 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı final görüşündə Ermənistan təmsilçisi Karen Aslanyana 4:8 hesabı ilə məğlub olub.

Beləliklə, Nihat Məmmədli dünya çempionatını ikinci pillədə başa vurub.

Bu gün, həmçinin Azərbaycanın digər yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram) bürünc medal görüşünə çıxacaq.

Qeyd edək ki, hazırda Azərbaycan millisinin hesabında 2 qızıl medal var. Yunan-Roma güləşçiləri Eldəniz Əzizli (55 kiloqram) və Sənan Süleymanov (77 kiloqram) dünya çempionu olublar.

Mundiala noyabrın 1-də yekun vurulacaq.

Elşən Rüstəmov AZƏRTAC-ın müxbiri Astana
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑