İdman · AZƏRTAC

Azərbaycanın gənclər və idman naziri Hindistanda COP10 Bürosunun iclasına sədrlik edib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycanın gənclər və idman naziri Hindistanda COP10 Bürosunun iclasına sədrlik edib xəbəri üçün şəkil

Bakı, 27 oktyabr,

Gənclər və idman naziri Fərid Qayıbov UNESCO-nun İdmanda Dopinqə Qarşı Beynəlxalq Konvensiyasına Tərəf Dövlətlərin Onuncu Konfransı (COP10) Bürosunun sədri kimi Hindistana səfər edib.

Gənclər və İdman Nazirliyindən AZƏRTAC-a bildirilib ki, səfər zamanı nazir Hindistanın Yeni Dehli şəhərində keçirilən COP10 Bürosunun üçüncü iclasına sədrlik edib və COP10 Təsdiq Komitəsinin IV rəsmi iclasında iştirak edib.

İclas çərçivəsində Fərid Qayıbov Hindistanın gənclər işləri, idman, əmək və məşğulluq naziri Mansuk Mandaviya ilə ikitərəfli görüş keçirib. Görüş zamanı iki ölkə arasında gənclər və idman sahələrində əməkdaşlıq perspektivləri müzakirə olunub.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑