Astana, 25 oktyabr,
Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında qızıl medala layiq görülüb.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, 77 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz final görüşündə Moldova idmançısı Aleksandrin Qutuya 8:3 hesabı ilə qalib gələrək dünya çempionu olub.
Qeyd edək ki, bu gün Azərbaycan millisinin digər üzvü Eldəniz Əzizli 55 kiloqram çəki dərəcəsində İran güləşçisi Pəyam Əhmədiyə 3:1 hesabı ilə qalib gələrək beşinci dəfə dünya çempionu olub.
Beləliklə, Azərbaycan güləşçiləri Astanada keçirilən dünya çempionatının ikinci günündə 2 qızıl medal qazanıblar.
Elşən Rüstəmov AZƏRTAC-ın müxbiri Astana



