İqtisadiyyat · AZƏRTAC

Avropada bomba hədələri ilə əlaqədar yeddi təyyarədə axtarış aparılıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Avropada bomba hədələri ilə əlaqədar yeddi təyyarədə axtarış aparılıb xəbəri üçün şəkil

London, 3 noyabr,

Avropanın müxtəlif ölkələrində bomba hədələri ilə əlaqədar yeddi sərnişin təyyarəsində axtarış aparılıb.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, hadisələr İtaliya, Polşa, İspaniya və Bolqarıstanda qeydə alınıb. Yoxlamalar zamanı təyyarələrin heç birində partlayıcı maddə aşkar edilməyib. İtaliyanın paytaxtı Romada “Ryanair” aviaşirkətinə məxsus iki təyyarə yoxlanılıb. Lissabon və Dublindən gələn təyyarələrdən biri İtaliya Hərbi Hava Qüvvələrinin müşayiəti ilə hava limanına eniş edib.

Polşada isə iki təyyarədə təhlükəsizlik yoxlamaları həyata keçirilib. Londonun Hitrou hava limanından Varşavaya uçan təyyarə bomba hədəsi səbəbindən planlaşdırılan Şopen hava limanı əvəzinə Modlin hava limanına yönləndirilib. Kopenhagendən gələn digər təyyarə isə planlaşdırıldığı kimi eniş etdikdən sonra yoxlanılıb. İspaniyanın Mursiya şəhərində Mançesterdən gələn “Ryanair” təyyarəsində də axtarış aparılıb. Yerli rəsmilər təyyarədə partlayıcı maddə aşkarlanmadığını bildiriblər.

Bolqarıstanın paytaxtı Sofiyada da iki təyyarə bomba hədələri ilə əlaqədar yoxlanılıb. Onlardan birinin İtaliyanın Berqamo şəhərindən gəldiyi bildirilir. Məlumata görə, bomba hədəsi elektron poçt vasitəsilə göndərilib.

Bundan əlavə, noyabrın 2-də Londonun Luton hava limanından Sofiyaya uçan təyyarə bomba hədəsi səbəbindən Budapeştdə təcili eniş edib.

Hadisələrlə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib.

Aytən Abbaslı AZƏRTAC-ın xüsusi müxbiri London
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑