Siyasət · AZƏRTAC

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Rusiyaya gələcək

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Rusiyaya gələcək xəbəri üçün şəkil

Moskva, 20 oktyabr,

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Osloda Ukrayna təmsilçiləri ilə danışıqlardan sonra oktyabrın 21-də Rusiyaya səfər edəcək.

AZƏRTAC xəbər verir ki, bunu Norveçin Baş naziri Yonas Qar Störe bildirib. O, Donald Trampın xüsusi nümayəndəsinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlarını konstruktiv adlandırıb.

Uitkoffun Rusiyaya səfər planlarını TASS agentliyinin mənbəyi də təsdiqləyib. Görüşün Sankt-Peterburqda keçirilib-keçirilməyəcəyi məlum deyil.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ nümayəndəsinin səfəri ərəfəsində Moskvanın Stiv Uitkoff və Cared Kuşnerin təkliflərini nəzərdən keçirəcəyini, lakin siyasi güzəştlərə getməyəcəyini bəyan edib.

Nazirin sözlərinə görə, Rusiya iqtisadi razılaşmalara və Qərblə münasibətlərin bərpasına hazırdır, lakin münasibətlərin 2022-ci ilədək mövcud olmuş formatına qayıdış olmayacaq. O, həmçinin Rusiya hakimiyyətinin sanksiyalar məsələsində Donald Tramp administrasiyasından “heç bir möcüzə” gözləmədiyini vurğulayıb.

Fəridə Abdullayeva AZƏRTAC-ın xüsusi müxbiri Moskva
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑