Son dərəcə varlı vətəndaşların vergiyə cəlb edilməsi üçün təkliflər hazırlanacaq
Qazaxıstanın Baş naziri Oljas Bektenov Nazirlər Kabinetinə bir ay ərzində ölkənin son dərəcə varlı vətəndaşlarının vergiyə cəlb edilməsi üçün təkliflər hazırlayıb təqdim etməyi tapşırıb. Bu barədə AYNA.AZ qazax mediasına istinadənn bildirir.
"Milli İqtisadiyyat Nazirliyi yeni Vergi Məcəlləsinə məqsədyönlü düzəlişlər paketini yekunlaşdıracaq və onları dövlət qurumları ilə dərhal əlaqələndirəcək. Ayrı bir məsələ varlı şəxslərin vergiyə cəlb edilməsidir. Milli İqtisadiyyat və Maliyyə nazirlikləri bir ay ərzində beynəlxalq təcrübəni öyrənəcək və son dərəcə varlı şəxslərin vergiyə cəlb edilməsi üçün yanaşmalar təqdim edəcəklər", - deyə o, hökumət iclasında bildirib.
Baş nazir həmçinin Maliyyə Nazirliyinə vergi yığımını təkmilləşdirmək, “kölgə iqtisadiyyatı”nı azaltmaq və "süni intellekt vasitələrindən istifadə daxil olmaqla, vergi və gömrük administrasiyasının hərtərəfli rəqəmsallaşdırılmasını başa çatdırmaq" üçün tədbirlər görməyi tapşırıb.


