Əməkdar artist Sevda Ələkbərzadə Bakıda təşkil olunan cüdo üzrə dünya çempionatının açılış mərasimində səhnəyə çıxıb.
Axşam.az xəbər verir ki, xüsusi kompozisiya ilə çıxış edən sənətçi bu barədə sosial media hesabında paylaşıb.
“Cüdo üzrə Dünya Çempionatının açılış mərasimində səhnədə olmaq və bu möhtəşəm anın bir parçası olmaq mənim üçün çox xüsusi idi” deyə, Ələkbərzadə vurğulayıb.
Qeyd edək ki, Milli Gimnastika Arenasında gerçəkləşən tədbirdə Prezident İlham Əliyev, Beynəlxalq Cüdo Federasiyasının (İJF) prezidenti Marius Vizer, Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev, İJF və ACF nümayəndələri, həmçinin dövlət rəsmiləri iştirak ediblər.




