Türkiyənin İstanbul şəhərində Küçükçekmece rayonunda konsert zalında baş verən silahlı toqquşmada biri polis əməkdaşı olmaqla iki nəfər ölüb, ikisi də yaralanıb.
Axşam.az türk mediasına istinadən xəbər verir ki, hadisə gecə saat 03:40 radələrində Atatürk məhəlləsində, İkitelli prospektində yerləşən musiqi zalında baş verib. Naməlum şəxs konsert zalına daxil olaraq ətrafa silahla atəş açıb.
Zalda sonradan məzuniyyətdə olduğu bilinən bir polis əməkdaşı ona atəşlə cavab verib. Nəticədə polis və silahlı şəxs ağır yaralanıb. Hər ikisi xəstəxanaya çatdırılsa da, həkimlər onların həyatını xilas edə bilməyiblər.
Faktla bağlı araşdırma aparılır.



