Dünya · Axar.az

Zelenski Uitkoff və Kuşnerlə danışıqlar apardı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Zelenski Uitkoff və Kuşnerlə danışıqlar apardı xəbəri üçün şəkil

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Donald Trampın nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə danışıqlar aparıb.

Axar.az xəbər verir ki, bu barədə Zelenski Teleqram kanalında məlumat yayıb.

Bildirilib ki, tərəflər Floridada Ukrayna və ABŞ nümayəndə heyətləri arasında keçirilən görüşün nəticələrini və diplomatik prosesin növbəti mərhələlərini müzakirə ediblər.

“Komandalarımız faktiki olaraq daim əlaqə saxlayır. Biz diplomatik sahədə növbəti addımları da hazırlayırıq. Tərəfdaşlarımızı Rusiyanın bir an belə dayanmayan hücumları və hava hücumundan müdafiə məsələləri ilə bağlı real vəziyyət barədə mütəmadi məlumatlandırırıq”, – Zelenski bildirib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑