Dünya · Axar.az

Ukrayna sərhəddən 2500 km uzaqlıqdakı NEZ-i vurdu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ukrayna sərhəddən 2500 km uzaqlıqdakı NEZ-i vurdu xəbəri üçün şəkil

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Omsk şəhərindəki ən böyük neft emalı zavoduna zərbə endirib.

Axar.az xəbər verir ki, bu barədə Teleqram kanallarında məlumat yayılıb.

"Biz Omskda Rusiyanın hava hücumundan müdafiə sistemlərini yarmağı bacardıq. Müdafiə Qüvvələrinin hücum dronları Rusiyanın ən böyük neft emalı zavodu olan Omsk NEZ-i vurub", - deyə "Exilenova+" səhifəsində bildirilir.

Ukrayna müdafiə şirkəti "Fire Point" da uğurlu hücumu təsdiqləyib:

"Ukrayna Müdafiə Qüvvələri sərhəddən 2500 km-dən çox məsafədə yerləşən Rusiyanın ən böyük neft emalı zavoduna təkmilləşdirilmiş FP-1 PUA-larından istifadə edərək hücum edib".

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑