ABŞ Prezidenti Donald Tramp sələfi Co Baydeni növbəti dəfə Ukraynaya külli miqdarda silahı təmənnasız verməkdə ittiham edib.
Axar.az xəbər verir ki, bu barədə Tramp ABŞ Konqresinə noyabrda keçiriləcək aralıq seçkiləri ərəfəsində Kentukki ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında keçirilən mitinqdə çıxışı zamanı danışıb.
“Birinci prezidentlik müddətimdə (2017–2021-ci illər) silahlı qüvvələrimizi yenidən qurmuşdum, sonra isə Bayden bunların çoxunu Ukraynaya verdi. O, çox şey verdi. Halbuki onlar bunun əvəzini ödəyə bilərdilər. Bunun üçün sadəcə Avropa Birliyindən pul istəmək lazım idi və onlar da ödəyərdilər. Mən gəldim və bunu etdim”, – deyə Tramp qeyd edib.





