Dünya · Axar.az

Tramp və Putin bu tarixdə görüşə bilər - Rubio

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tramp və Putin bu tarixdə görüşə bilər - Rubio xəbəri üçün şəkil

Rusiya xarici işlər naziri Sergey Lavrovla Donald Tramp və Vladimir Putin arasında görüşün mümkünlüyü ilə bağlı danışıqlar aparmışam.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Marko Rubio deyib.

Onun sözlərinə görə, görüş 18-19 noyabr tarixlərində Çində keçirilməsi planlaşdırılan Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammiti zamanı baş tuta bilər:

"Noyabrda APEC sammitində liderlərimizin danışıqlar üçün görüşməsi ehtimalını qısaca müzakirə etdik".

Rubio həmçinin əlavə edib ki, Kreml rəhbərinin Mayamidə keçiriləcək G20 sammitində iştirak edib-etməyəcəyi hələlik dəqiq bilinmir.

Qeyd edək ki, daha öncə də Rusiya prezidentinin köməkçisi Yuri Uşakov liderlərin görüşünün Çində keçiriləcək sammitin proqramına daxil edildiyini bildirib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑