Dünya · Axar.az

Tramp seçkidə uduzsa, xarici siyasətdə dəyişiklik olacaq?

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tramp seçkidə uduzsa, xarici siyasətdə dəyişiklik olacaq? xəbəri üçün şəkil

Demokrat Partiyası qalib gəlsə belə, ABŞ Konqresinə aralıq seçkilər ABŞ-ın xarici siyasətinə əhəmiyyətli dərəcədə təsir göstərməyəcək.

Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio qeyd edib.

“Konqres xarici siyasətdə müəyyən rol oynayır. Mən özüm senator olarkən bu sahə ilə məşğul olmuşam. Buna görə də Konqresin xarici siyasətlə bağlı hansı addımları ata biləcəyini, hansıları isə ata bilməyəcəyini yaxşı bilirəm. Nəticə etibarilə, xarici siyasətlə bağlı qərarlar icra hakimiyyəti tərəfindən qəbul edilir”, - deyə o bildirib.

Dövlət katibi qeyd edib ki, seçkilər hələ keçirilməyib və Konqresin tərkibinin necə olacağı hələlik məlum deyil.

Qeyd edək ki, ABŞ-da seçkilər noyabrın 3-də keçiriləcək.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑