16:28
Tiflisdə “Formula” televiziya kanalının yerləşdiyi “Delisi” biznes mərkəzinin 12-ci mərtəbəsində yanğın başlayıb.
Axar.az APA-ya istinadla xəbər verir ki, Vaja Pşavela prospektindəki binanın daxilində və ətrafında qatı tüstü müşahidə olunur.
Yanğın səbəbindən telekanalın yayımı müvəqqəti dayandırılıb.
Hadisə yerinə yanğınsöndürmə və xilasetmə briqadaları cəlb edilib.
***
Tiflisdə “Delisi” biznes mərkəzində baş vermiş yanğın söndürülüb.
Bu barədə Gürcüstanın Fövqəladə Halların İdarə olunması Xidmətindən bildirilib.
Yanğının aradan qaldırılmasına 150 yanğınsöndürən və xilasedici, eləcə də 25 texnika vahidi cəlb edilib.
Hadisə nəticəsində zərərçəkən olmayıb.



