Dünya · Axar.az

Türkiyədə müxalifət kanalında əməliyyat: saxlanılanlar var

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Türkiyədə müxalifət kanalında əməliyyat: saxlanılanlar var xəbəri üçün şəkil

Türkiyənin Xalq (Halk) TV müxalifət kanalının İstanbuldakı ofisində Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən axtarışlara başlanılıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, əməliyyat zamanı 17 şübhəli barəsində saxlanılma qərarı verilib.

Onlardan 11-i saxlanılıb. Kanalın sahibi Cəfər Mahiroğlu ölkə xaricində olduğu üçün haqqında qiyabi saxlanılma qərarı çıxarılıb.

Cəfer Mahiroğlu “rüşvət”, “tenderə müdaxilə” və “cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması”nda ittiham olunur.

Kanala qəyyum təyin edilib, canlı yayımı dayandırılıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑