Nigeriyanın cənub-şərqində yerləşən Taraba ştatında törədilən terror aktı nəticəsində azı 40 mülki şəxs həlak olub.
Axar.az xəbər verir ki, bu barədə "Premium Tayms" məlumat yayıb.
Məlumata görə, bir qrup silahlı şəxs Karim Lamido bölgəsində yerləşən Binnari kəndinə hücum edib:
"Hücum edənlər qonşu Plato ştatından inzibati sərhədi keçərək əraziyə daxil olublar. Onlar kəndlilərin əkin sahələrini yandırıb, evlərini və mağazalarını dağıdıb, mülki şəxsləri fərq qoymadan qətlə yetiriblər. Həlak olanların yekun sayı daha çox ola bilər, çünki bir çox sakin itkin düşmüş hesab olunur. Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir".
Qeyd edək ki, Nigeriyanın şimal-şərqində əsas terror təhlükəsi 2009-cu ildə Borno ştatının inzibati mərkəzi olan Mayduquri şəhərində yaradılmış “Boko Haram” ekstremist qruplaşması hesab olunur.





