Dünya · Axar.az

Rusiyanın məşhur Teleqram kanalının yaradıcısı saxlanıldı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rusiyanın məşhur Teleqram kanalının yaradıcısı saxlanıldı xəbəri üçün şəkil

Monteneqro hüquq-mühafizə orqanları Rusiyanın Kremlə yaxınlığı ilə tanınan “Rıbar” Teleqram kanalının yaradıcısı Mixail Zvinçuku saxlayıb.

Axar.az xəbər verir ki, bu barədə “Vijesti и Pobjeda” nəşri məlumat yayıb.

Məlumata görə, Zvinçuk, arvadı və kanalın bir neçə əməkdaşı bu gün səhər saatlarında Risan şəhərində Monteneqro polisi və ölkənin Milli Təhlükəsizlik Agentliyinin əməliyyatı çərçivəsində saxlanılıb.

Bildirilib ki, əməliyyat Britaniya və ABŞ hakimiyyətlərinin Kremlin təbliğatını yaymaqda ittiham etdiyi kanal şəbəkəsinin hibrid fəaliyyətinin qarşısını almaq məqsədi daşıyıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑