Rusiyanın dərinliklərindəki zərbələrin arxasında Ukrayna Silahlı Qüvvələrinin "Kayros" adlı gizli bölməsi dayanır.
Axar.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.
Məlumata görə, "Kayros" 7-ci Əlahiddə Pilotsuz Sistemlər Mərkəzinin tərkibində yaradılıb. Bu bölmə Rusiya ərazisinin dərinliklərində qanadlı raketlər və dronlardan istifadə edilməklə həyata keçirilən çoxsaylı hücumlara görə məsuliyyət daşıyır.



