İdman · Axar.az

"Qarabağ" 4500 manat cərimələndi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
"Qarabağ" 4500 manat cərimələndi xəbəri üçün şəkil

"Qarabağ" klubu 4500 manat cərimələnib.

Axar.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Buna Misli Premyer Liqasının X turunda "Qəbələ" ilə səfər oyununda (0:0) yaşananlar səbəb olub.

Qarşılaşma başa çatandan sonra Ağdam təmsilçisinin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edilib. "Köhlən atlar" buna görə 3000 manat ziyana düşüb.

Bundan əlavə, "Qarabağ"a daha 1500 manat cərimə kəsilib. Komandanın futbolçusu Zakaria Savonun formasında adının yazılışında Azərbaycan əlifbasında olmayan hərfdən istifadə edilib.

"Qəbələ" isə "Zona 1" ərazisində kənar şəxslər olduğuna görə 1000 manat ödəyəcək.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑