İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın X platformasında sirli paylaşımı böyük marağa səbəb olub.
Axar.az xəbər verir ki, İran rəsmisinin şifrəli mesajda nə demək istədiyi aydın deyil.
“On həb, hamısı pisdir. Nə qırmızı, nə də mavi — hamısı his rəngindədir. Heç birini qəbul etməyə bilərsən, amma qəbul etsən, hamısını içməli olacaqsan.
Süni yaradılmış matrisi dağıt. Çıx get”, - deyə o qeyd edib.



