Respublikamızda zorakılığa yer yoxdur. Talanlarda iştirak edən, prefekturalara və mağazalara hücum edən, həmçinin meriya binalarında oğurluqla məşğul olan şəxslər məsuliyyətə cəlb ediləcək və cəzalandırılacaqlar.
Axar.az xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron X hesabında yazıb.
Qeyd edək ki, Fransanın bir sıra şəhərlərində ötən gün keçirilən etiraz aksiyaları zamanı qarşıdurmalar baş verib.






