Dünya · Axar.az

Makrondan hökumətə tapşırıq: Hər şeyi edin!

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Makrondan hökumətə tapşırıq: Hər şeyi edin! xəbəri üçün şəkil

Fransa Prezidenti Emmanuel Makron 17 oktyabrda ölkəni bürüyən iğtişaşları son dərəcə ciddi hadisə adlandırıb.

Axar.az xəbər verir ki, dövlət başçısı bu barədə Yelisey Sarayından xalqa müraciətində deyib.

"Sizə son dərəcə kritik bir anda müraciət edirəm. Fransa radikal solçu qruplar tərəfindən cilovlanmayan zorakılığa məruz qalıb”, - deyə o bildirib.

Makron hökumətdən hadisələrdən dərs çıxarmağı və belə bir halın təkrarlanmasının qarşısını almaq üçün mümkün olan hər şeyi etməyi tələb edib:

"Mövcud şəraitdə prefektlər merlərlə birlikdə şəhərləri, ictimai binaları və ticarət müəssisələrini qorumaq, o cümlədən zəruri hallarda fərdi ictimai tədbirləri qadağan etmək və digər zəruri tədbirləri görmək üçün qərarlar qəbul edəcəklər".

Qeyd edək ki, Fransada baş verən etiraz aksiyaları zamanı ötən gün 1200-dən çox etirazçı saxlanılıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑