İdman · Axar.az

Möhtəşəm nəticəyə imza atdıq - Dambrauskas

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Möhtəşəm nəticəyə imza atdıq - Dambrauskas xəbəri üçün şəkil

"Sabah" "Slaviya" ilə qarşılaşmada möhtəşəm nəticəyə imza atıb.

Axar.az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsində Çexiya təmsilçisi "Slaviya"ya qarşı keçirdikləri matçdan sonra mətbuat konfransında deyib.

"Biz oyuna təzyiqlə başladıq. Rəqibi yaxşı analiz etmişdik. İlk 20-25 dəqiqə ərzində topa daha çox sahib olan tərəf idik. Lakin qarşılaşmanın irəliləyən dəqiqələrində topa sahib olma nisbəti bərabərləşdi. "Slaviya" fiziki cəhətdən çox güclü komandadır. Bu cür komandalara qarşı oynayarkən, onların müdafiədəki boşluqlarını tapmaq çətin olur. İkinci yarıda isə artıq boşluqları tapa bildik və bunun nəticəsində fasilədən sonra qol vurduq. Bəzi vaxtlarda bəxtimiz də gətirirdi. Öz şansımızı gözlədik və ikinci qolu vurduq. Çox sevinirəm ki, futbolçularım bütün tapşırıqları layiqincə yerinə yetirdilər. "Sabah" möhtəşəm nəticəyə imza atdı", - V.Dambrauskas bildirib.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda təşkil olunan "Sabah" - "Slaviya" oyunu Azərbaycan çempionunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑