Dünya · Axar.az

Leyen Ukrayna ilə bağlı danışıqlara öz adamını göndərir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Leyen Ukrayna ilə bağlı danışıqlara öz adamını göndərir xəbəri üçün şəkil

Avropa Birliyi Əbu-Dabidə Ukrayna ilə bağlı keçiriləcək üçtərəfli danışıqlara nümayəndə heyəti göndərmək niyyətindədir.

Axar.az xəbər verir ki, bu barədə “Avronyus” mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, nümayəndə heyətinə Avropa Komissiyasının sədri Ursula fon der Leyenin aparat rəhbəri və yaxın adamı Byörn Zaybert başçılıq edə bilər:

“AB danışıqlarda Avropa Birliyi, Ukrayna, ABŞ və Rusiya nümayəndələrinin eyni vaxtda iştirak edəcəyi formatın yaradılmasını istəyir. Avropa tərəfinin bu görüşdə iştirakı əvvəlcədən nəzərdə tutulmasa da, birlik mümkün sülh sazişinin şərtlərinə təsir göstərmək məqsədilə qarşıdakı danışıqlara qatılmağa çalışır”.

Qeyd edək ki, Rusiya, ABŞ və Ukrayna arasında danışıqların 4 noyabrda Əbu-Dabidə keçiriləcəyi gözlənilir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑