Dünya · Axar.az

Kliçko Kiyev sakinlərini şəhəri tərk etməyə çağırdı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Kliçko Kiyev sakinlərini şəhəri tərk etməyə çağırdı xəbəri üçün şəkil

Kiyev meri Vitali Kliçko sakinləri genişmiqyaslı kommunal böhranı təhlükəsi səbəbindən şəhəri müvəqqəti tərk etməyə çağırıb.

Axar.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Mer şəhərdən kənarda qohumları və ya dostları olan şəhər sakinlərini paytaxtı tərk etməyə çağırıb:

“Su təchizatı infrastrukturunda yaranan nasazlıqlar ciddi və genişmiqyaslı böhrana səbəb ola bilər”.

Qeyd edək ki, Kiyevə endirilən silsilə zərbələrdən sonra şəhərdə genişmiqyaslı elektrik kəsintisi baş verib. Metro və yerüstü elektrik nəqliyyatının fəaliyyəti tamamilə dayanıb, kanalizasiya sistemində problemlər yaranıb və su təchizatında fasilələr qeydə alınıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑