Dünya · Axar.az

İran və ABŞ-a təklif: Noyabrın 4-dək...

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İran və ABŞ-a təklif: Noyabrın 4-dək... xəbəri üçün şəkil

İranla ABŞ arasında münaqişənin həlli üzrə dolayı danışıqlarda iştirak edən vasitəçilər tərəflərə noyabrın 4-dək Türkiyədə görüş keçirməyi təklif ediblər.

Axar.az xəbər verir ki, bu barədə “Əl Hədəs” telekanalı məlumat yayıb.

Bildirilib ki, vasitəçilərlə İran arasında görüşün Türkiyədə keçirilməsi ilə bağlı məsləhətləşmələr aparılır.

Tehran üçün təklif olunan təşəbbüs Hörmüz boğazının açılmasını və ABŞ-ın blokadasının aradan qaldırılmasını nəzərdə tutur.

Bundan əlavə, təklifə İranın nüvə proqramı məsələsi də daxil edilib. Yeni təşəbbüsün şərtlərindən biri kimi beynəlxalq müfəttişlərin İranın nüvə obyektlərinə buraxılması irəli sürülüb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑