Gündəm · Axar.az

İran səfirindən "Səhər Azəri"nin yaydığı görüntüyə reaksiya

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İran səfirindən "Səhər Azəri"nin yaydığı görüntüyə reaksiya xəbəri üçün şəkil

Azərbaycanla İran arasındakı münasibətlərdə inkişaf müşahidə olunmalıdır. Bu da ondan irəli gəlir ki, biz qonşu və qohum xalqlarıq, müxtəlif sahələrdə ortaq maraqlarımız var. Çalışmalıyıq ki, bütün imkanlardan istifadə edərək iki ölkənin və xalqın maraqlarını təmin edəcək şəkildə əməkdaşlıq edək.

Axar.az xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu deyib.

Səfir "Səhər Azəri" kanalında guya Türkiyədə azərbaycanlı hicablılara dəstək məqsədilə aksiya keçirildiyi barədə yayılan məlumatla bağlı suala da cavab verib.

"Çalışmalıyıq ki, hər hansı xəbər və hadisə münasibətlərimizə mənfi təsir göstərməsin. Açığı, nümayəndə heyətləri ilə görüşlərim olduğuna görə bu xəbəri görməmişəm. Amma razıyam ki, dezinformasiya münasibətlərimizə mənfi təsir göstərməməlidir. Münasibətin sağlamlaşdırılmasına mane olan amilləri aradan qaldırmağa çalışmalıyıq. Qarşılıqlı maraqlarımız yalnız ikitərəfli anlaşma yolu ilə təmin oluna bilər", - deyə səfir bildirib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑