Rusiyanın Belqorod şəhərinə PUA hücumları edilib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, hücumlar nəticəsində 1 nəfər ölüb, 14 nəfər isə yaralanıb.
Bundan başqa, 30 çoxmənzilli və 4 şəxsi evə, 35 avtomobil, 3 inzibati bina, 8 kommersiya və 3 sosial obyektə ciddi ziyan dəyib.




