Göygöldə yol nəqliyyatda hadisəsi baş verib.
Axar.az APA-ya istinadla xəbər verir ki, hadisə Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yol kənarındakı dərəyə aşıb.
Qəzada 1963-cü il təvəllüdlü T.Yolçuyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.




