İdman · Axar.az

10 nəfər qalan "Qalatasaray"dan əzmkar qələbə

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
10 nəfər qalan "Qalatasaray"dan əzmkar qələbə xəbəri üçün şəkil

Türkiyə Superliqasında VII turun oyunları çərçivəsində "Qalatasaray" "Kasımpaşa"nı qəbul edib.

Axar.az xəbər verir ki, ilk hissə “sarı-qırmızılılar”ın 1-0 hesablı üstünlüyü ilə başa çatıb. Abdulkərim Bardakçı fərqlənib.

İkinci hissədə Lukas Torreyranın qırmızı vərəqə alması ilə azlıqda qalan “cim-bom” Rak-Sakyinin 68-ci dəqiqədə qoluna əngəl ola bilməyib. Buna baxmayaraq, meydan sahibləri oyunun sonuncu dəqiqələrində Barış Alpər Yılmaz və Mario Leminanın qolları ilə "Qalatasaray" qələbə qazanıb – 3-1.

Bu nəticə ilə “Qalatasaray” 16 xalla turnir cədvəlində liderdir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑