Səudiyyə Ərəbistanı Yəmənin paytaxtı Sənanın qərbindəki Sabah bölgəsindəki neft şirkətinin obyektinə zərbə endirib.
Axar.az xəbər verir ki, bu barədə husilərin sözçüsü Yəhya Səriya deyib.
"Əs-Sabah bölgəsindəki şirkət obyektində neft məhsulları mövcud deyil və hücuma məruz qalan obyektin heç bir hərbi əhəmiyyəti yoxdur", - deyə Səriya bildirib.
O, mümkün itki və ya zərər barədə məlumat verməyib.




