İdman · Apasport.az

Yeniyetmə cüdoçular üçün Xankəndidə təlim seminarı təşkil olunub

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Yeniyetmə cüdoçular üçün Xankəndidə təlim seminarı təşkil olunub xəbəri üçün şəkil

Xankəndi şəhərində yeniyetmə oğlanlardan ibarət milli komandanın məşqçiləri Kotaro Sasaki və Asiman Allahverdiyev, həmçinin Azərbaycan Cüdo Federasiyasının Təhsil şöbəsinin eksperti Elçin Mayılovun rəhbərliyi ilə cüdo seminarı keçirilib.

Apasport.az xəbər verir ki, təlim zamanı iştirakçılara əyləncəli oyunlar vasitəsilə isinmə və koordinasiya hərəkətləri, eləcə də cüdonun əsas hazırlıq elementlərindən olan uçi-komi və naqe-komi üzrə çalışmalar etdirilib.

Seminarın texniki hissəsində ko-uçi-qari, o-uçi-qari və seoi-naqe fəndlərinin düzgün icra mexanizmi, giriş və tamamlanma mərhələləri izah olunub. İştirakçılar məşqçilərin nəzarəti altında bu texnikaları praktik olaraq tətbiq ediblər.

Seminarın əsas məqsədi uşaq və yeniyetmə cüdoçuların texniki bacarıqlarını təkmilləşdirmək, düzgün hərəkət vərdişlərinin formalaşdırılmasına dəstək olmaq və onların məşq prosesinə marağını artırmaq olub.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑