Qadın voleybolçulardan ibarət “Turan” komandası bu gün CEV Çempionlar Liqasında növbəti oyununa çıxacaq.
Apasport.az xəbər verir ki, Azərbaycan çempionu 3-cü təsnifat mərhələsində Bolqarıstanın “Maritsa” klubunun qonağı olacaq.
Oyun Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.
Tərəflər arasındakı cavab görüşü noyabrın 11-də Tovuzda keçiriləcək.
Qeyd edək ki, “Turan” 2-ci təsnifat mərhələsində Xorvatiyanın “Mladost” komandasını üstələyib – 3:0, 3:2.






