Misli Premyer Liqasının VII turunda "Turan Tovuz" "Şəfa"nı məğlub edib - 1:0.
Apasport.az xəbər verir ki, matçdan sonra Qərb təmsilçisinin baş məşqçisi Kurban Berdıyevin mətbuat konfransı keçirilib.
"Çox ağır oyun oldu. Amma qələbə qazandığımıza görə sevinirik. Bu qələbəyə layiq idik. Təəssüf ki, Denis Marandiçi yenə ağır zədə aldı".
- Denis Marandiçinin durumu necədir?
- Kəll-beyin travması alıb. Əməliyyat ediləcək.
- Son vaxtlarda Ehtiram Quliyevin klubdan gedə biləcəyi haqda söz-söhbətlər var. Bu, sizə və komandaya necə təsir edir?
- Bu sualı niyə mənə verirsiz? Bu sualı onun özünə versəniz, daha yaxşıdır. Biz bu barədə ümumiyyətlə eşitməmişik.




