İdman · Apasport.az

“Fənərbaxça”da daha bir qəza – Bu dəfə Aziz Yıldırım - VİDEO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Fənərbaxça”da daha bir qəza – Bu dəfə Aziz Yıldırım - VİDEO xəbəri üçün şəkil

“Fənərbaxça”nın prezidenti Aziz Yıldırım avtomobili ilə qəza törədib.

Apasport.az xəbər verir ki, hadisə Yıldırımın İstanbul klubunun Samandıra bazasından çıxışı zamanı baş verib.

O, avtomobili ilə hərəkət edərkən dayanmış vəziyyətdə olan digər nəqliyyat vasitəsinə sürtünüb.

Aziz Yıldırım hadisədən sonra qarşı tərəfin avtomobilinə dəyən ziyanın aradan qaldırılması üçün bütün xərcləri öz üzərinə götürəcəyini bildirib.

Qeyd edək ki, ötən gün “Fənərbaxça”nın sabiq baş məşqçisi İsmail Kartal da avtomobil qəzasına düşüb.

Türkiyəli mütəxəssis evinə qayıdarkən yol-nəqliyyat hadisəsi keçirib. Qəza nəticəsində nə Kartal, nə də digər avtomobilin sürücüsü xəsarət alıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑